Modern.az

Xaçmazda qəza - 4 nəfər yaralandı

Xaçmazda qəza - 4 nəfər yaralandı

Aktual

23 İyun 2022, 21:37

İyunun 23-ü axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" və "Kia" markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI