Modern.az

“Cəbrayıl” bu gün UEFA Region Kubokunda Belarus klubu ilə oynayacaq

“Cəbrayıl” bu gün UEFA Region Kubokunda Belarus klubu ilə oynayacaq

Aktual

24 İyun 2022, 10:00

Bu gün UEFA Region Kubokunun seçmə mərhələsinin II qrupunda ilk oyun keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Cəbrayıl” klubu Belarusun “Kolos” komandası ilə üz-üzə gələcək.

 

Oyun Şamaxı şəhər stadionunda keçiriləcək. Matçı Polşa və İsraildən olan hakimlər idarə edəcək.
 

UEFA Region Kuboku, 24 iyun

 

16:00. “Kolos” - “Cəbrayıl”

Şamaxı şəhər stadionu

Baş hakim: Damian Silvestrjak (Polşa)

Baş hakimin köməkçiləri: Bartoş Kaşinsk (Polşa), Paskal Hirzel (İsveçrə)

Dördüncü hakim: Luka Sibelli (İsveçrə)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi