Modern.az

Siyasi partiyaların nümayəndələri Qarabağa getdilər

Siyasi partiyaların nümayəndələri Qarabağa getdilər

Aktual

24 İyun 2022, 10:08

Bu gün siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.

 

Modern.az xəbər verir ki, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə reallaşıb.

 

Səfərdə partiyaların nümayəndələrini politoloq və siyasi şərhçilər, habelə media nümayəndələri müşayiət edir.

 

Onlar Zəngilan rayonunda olacaqlar.

 

Zəngilana təşkil olunan səfər çərçivəsində iştirakçılar işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti, habelə “Böyük qayıdış”ın rəmzisi olan “Ağıllı kənd” və “Yaşıl enerji” layihələri çərçivəsində görülmüş işlərlə tanış olacaq, Bəsitçay Dövlət Təbiət Qoruğunu ziyarət edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu səfər sayca dördüncüdür. Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.

 

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə təşkil edilib. İkinci birgə səfər ötən il oktyabrın 7-də artıq Şuşa şəhərinə təşkil olunub. Növbəti, artıq üçüncü dəfə siyasilər.i Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıblar. Ölkənin siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi