Modern.az

Azərbaycan və Qırğızıstanın Dövlətlərarası Şurası yaradılır

Azərbaycan və Qırğızıstanın Dövlətlərarası Şurası yaradılır

Aktual

24 İyun 2022, 10:28

Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Dövlətlərarası Şura yaradılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsində qeyd olunub.

 

Bundan başqa, komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi