Modern.az

Zelenski Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarır

Zelenski Təhlükəsizlik Xidmətinin rəhbərini işdən çıxarır

24 İyun 2022, 11:06

Ukrayna prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovu Xersonda bir sıra uğursuz əməliyyatlar və itkilərə görə vəzifəsindən azad etmək niyyətindədir.


Modern.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.
 

Məlumata görə, Xersondakı uğursuzluqlar və itkilər səbəbindən Bakanov Zelenskinin gözündən düşüb.


“Politico” nəşri yazır ki, Zelenski Bakanovu daha uyğun biri ilə əvəzləməyə çalışır.


Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Bakanov Zelenskiyə yaxın adamlar tərəfindən tənqid atəşinə tutulub.

 

Bakanov əvvələr Zelenskinin qərargahının rəhbəri olub və Ali Rada ilə qarşılıqlı əlaqəyə cavabdeh idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI