Modern.az

Rusiya ilə əlaqələri gücləndirməyi hədəfləyirik - NAZİR

Rusiya ilə əlaqələri gücləndirməyi hədəfləyirik - NAZİR

Aktual

24 İyun 2022, 13:30

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollar həcmindədir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

 

"Bunu yaxın illərdə çoxaltmağı düşünürük. Eyni zamanda, biz bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. Bizim əlaqələr tarixi köklərə söykənir. Bundan sonra regionun inkişafı üçün də birgə əlaqələri gücləndirməyi hədəfləyirik", - deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI