Bu gün bizim diqqət etdiyimiz əsas məsələ regionda nəqliyyat əlaqələrinin tam bərpasına yönəlib. Əgər əlaqələr tam bərpa olunarsa, öz səmərəliliyini göstərəcək.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
“Buna görə də Şimal-Cənub layihəsi mühüm əhəmiyyət kəsb edir. Bu gün bu məsələ də gündəmdə idi. Ümid edirik ki, əlaqələrin güclənməsi üçün layihəyə diqqət yetiriləcək", - deyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.