Modern.az

Təkrar ekspertiza keçiriləcək - Vilyam Hacıyevin məhkəməsi

Təkrar ekspertiza keçiriləcək - Vilyam Hacıyevin məhkəməsi

24 İyun 2022, 14:02

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov vəsatətlə çıxış edib.

 

Vəkil iş üzrə təkrar ekspertizanın keçirilməsini istəyib: "Bu iş ciddi araşdırılmalıdır. Bunun üçün məhkəməyə mütəxəssislər dəvət edilməlidir".

 

Məhkəmə vəkilin vəsatətini təmin edib. Məhkəmənin növbəti iclası iyulun 1-i baş tutacaq.

 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

 

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu