Modern.az

ANAMA sədri BQXK-nin Azərbaycandakı yeni nümayəndəsilə görüşüb

ANAMA sədri BQXK-nin Azərbaycandakı yeni nümayəndəsilə görüşüb

Aktual

24 İyun 2022, 14:20

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Sülyemanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerini səlahiyyət müddətinin başa çatması və Draqana Kojiçi nümayəndəliyin yeni rəhbəri təyin olunması ilə əlaqədar qəbul edib.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, görüş zamanı minadan zərərçəkənlərə yardım layihəsi çərçivəsində psixoloji dəstəyin göstərilməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində birgə fəaliyyətin icrası barədə müzakirələr aparılıb.

 

Səmimi görüşə görə minnətdarlığını bildirən xanım Arian Bauer rəhbərlik etdiyi
müddətdə qurum tərəfindən humanitar minatəmizləmə sahəsində göstərilən dəstək barədə
məlumat verib və bu istiqamətdə görüləcək növbəti addımlarda uğurlar arzulayıb.
Xanım Draqana Kojiç iki qurum arasında mövcud səmərəli əməkdaşlığın inkişaf
edəcəyinə və işğaldan azad edilmiş ərazilərin yaxınlığında yaşayan, eləcə də “Böyük
Qayıdış” layihəsi çərçivəsində yurdlarına qayıdacaq əhali arasında təhlükəsiz davranış
qaydaları və məlumatlılığın artırılması sahəsində əlindən gələn dəstəyi göstərəcəyini
bildirib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Süleymanov fəaliyyət dövrü ərzində Agentliyə göstərdiyi dəstəyə görə xanım Arian
Bauerə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi