Ermənistan müxalifətinin Müqavimət Hərəkatı bu gün yenidən paytaxt İrəvanda etiraz aksiyası keçirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan özünün Facebook səhifəsində yazıb.
O, İrəvan sakinlərinə müraciətində aksiyanın saat 19:30-da Fransa meydanına təyin olunduğunu bəyan edib.