Modern.az

Ruslar Ukraynanın bu şəhərini tamamilə zəbt etdilər

Ruslar Ukraynanın bu şəhərini tamamilə zəbt etdilər

Aktual

24 İyun 2022, 16:08

Rusiya qoşunları Luqansk vilayətində Qorskoye şəhərini tamamilə işğal edib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Qorskaya icmasının hərbi administrasiyasının rəhbəri Aleksey Babçenko bildirib.

Onun sözlərinə görə, işğalçılar şəhərə iki istiqamətdən daxil olublar.

Aleksey Babçenko işğal zonasında 4000-ə qədər yerli sakinin qaldığını vurğulayıb.

“Şəhərddəki vəziyyətə gəlincə, davamlı atəşə tutulub, kritik infrastruktur tamamilə məhv edilib, evlərə təxminən 60% ziyan dəyib", - Babçenko bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu