Modern.az

Amfibiya təyyarəmiz Türkiyədə yanğını belə söndürür - VİDEO 

Amfibiya təyyarəmiz Türkiyədə yanğını belə söndürür - VİDEO 

Aktual

24 İyun 2022, 17:19

Azərbaycanın Türkiyəyə göndərdiyi amfibiya təyyarəsi meşə yanğınlarının söndürülməsinə cəlb olunub.

 

Modern.az xəbər verir ki, təyyarə bu gün səhər saatlarından etibarən Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi