Modern.az

Səudiyyə Türkiyəyə qoyduğu qadağaları götürdü

Səudiyyə Türkiyəyə qoyduğu qadağaları götürdü

Aktual

26 İyun 2022, 14:27

Səudiyyə Ərəbistanı Türkiyəyə səyahəti qadağan edən qərarını ləğv edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq iki ölkə arasında soyuq münasibətlər yumşalmağa başlayıb.

 

Belə ki, Səudiyyə Ərəbistanı Türkiyə məhsullarının ölkəyə girişinə qoyduğu qadağanı da götürüb.

 

Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Türkiyə Respublikasında rəsmi səfər edib. Bu səfər təkcə Səudiyyə Ərəbistanı-Türkiyə münasibətlərinin inkişafı baxımından deyil, regional proseslərin düzgün məcraya yönəldilməsi üçün də mühüm əhəmiyyətə malikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi