Modern.az

“Bu səfərdən gözləntilərimiz böyükdür” – XİN başçısı

“Bu səfərdən gözləntilərimiz böyükdür” – XİN başçısı

27 İyun 2022, 11:44

Dəvət üçün həmkarım Ceyhun Bayramova təşəkkür edirəm. İlk dəfə birlikdə görüş keçirməyimizə baxmayaraq, uğurlu nəticələr əldə etdik.


Modern.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünə dair mətbuat konfransında deyib.

 

XİN başçısı nazirlərin Bakı görüşünü müsbət qiymətləndirib:

 

"Bu gün ilk olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Bu iclas bir daha üç ölkənin eyni maraqlara sahib olduğunu göstərdi. Əlaqələrimiz daha da inkişaf edəcək. Avqust ayında Qazaxıstan Prezidenti Azərbaycana səfər edəcək. Bu səfərdən gözləntilərimiz böyükdür".

 

Qeyd edək ki, iyunun 27-də Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib. Görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb. Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu