Modern.az

Astarada hamilə qadın öldü

Astarada hamilə qadın öldü

Aktual

27 İyun 2022, 15:05

Astarada doğuşa hazırlaşan 25 yaşlı qadın ölüb.

 

Modern.az APA-ya istinadə xəbər verir ki, rayonun Giləkəran kənd sakini, 1997-ci il təvəllüdlü Aytən Eldəniz qızı Qasımzadə yaşadığı evdə dünyasını dəyişib.

 

Qadının meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, mərhum 9 aylıq hamilə olub və 3-cü dəfə ana olmağa hazırlaşırdı.

 

Hazırda qadının hansı səbəbdən dünyasını dəyişdiyi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB