Modern.az

Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı

Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı

Aktual

30 İyun 2022, 16:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə ölkəmizə qayıdıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, qarşısında qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə birgə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir