Modern.az

Bakı konfransı qlobal tarixi hadisədir

Bakı konfransı qlobal tarixi hadisədir

30 İyun 2022, 22:14

Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Bakıda Hərəkatın Parlament Şəbəkəsinin təsis edilməsi və konfransının keçirilməsi beynəlxalq münasibətlər sistemi üçün qlobal tarixi hadisədir.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib.


Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində sözügedən təsisatın beynəlxalq münasibətlər sistemindəki rolunun gücləndirilməsi və nüfuzunun artırılması istiqamətində bir çox təşəbbüslərin reallaşdığını bildirən millət vəkili Hərəkatın Parlament Şəbəkəsinin üzv dövlətlər arasındakı əlaqələrin genişlənməsinə və bütövlükdə parlament diplomatiyasına mühüm töhfələr verə biləcəyini vurğulayıb:

 

“Prezident İlham Əliyev öz nitqində qeyd etdi ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə üzv ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq. Bu olduqca mühüm məqamdır. Çünki parlamentlərarası əlaqələr bu gün qlobal miqyasda qarşılıqlı münasibətlərin inkişafını stimullaşdıran, prosesdə daha geniş kütlələrin iştirakına imkan verən bir prosesdir. Digər tərəfdən, Parlament Şəbəkəsinin yaradılması Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımdır. Azərbaycanın strateji hədəfi Qoşulmama Hərəkatının dünyada ədalətin təmin olunmasına mühüm töhfə verə bilən, qlobal proseslərdə balans yaradan, humanizm dəyərlərini, beynəlxalq hüququn norma və prinsiplərini qoruyan bir təşkilata çevrilməsidir. Çünki cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirir və ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edir. Bu beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, yeni baxış bucağı gətirən, bəşəriyyətin gələcəyinə, rifahına, təhlüksəziliyinə xidmət edən bir yanaşmadır”.


Azər Kərimli qeyd edib ki, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin və təsisatın BMT-də dəstək ofisinin yaradılması ilə bağlı təklifləri hərəkatın institusional mexanizmlərinin yaradılması istəqimətində irəli sürülən mühüm təşəbbüslərdir: “Şübhə etmirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dönəmində qlobal proseslərdə balans yarada biləcək bir təsisata çevriləcək, dünyada humanizm prinsiplərinin qorunması, yeni və ədalətli dünya düzəninin yaranmasında mühüm rol oynayacaqdır”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi