Modern.az

Bakıda Fələstin Komitəsinin yaradılması təklif edildi

Bakıda Fələstin Komitəsinin yaradılması təklif edildi

1 İyul 2022, 12:35

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransı öz işini davam edirir.

 

Modern.az xəbər verir ki, konfransın bugünkü hissəsində çıxış edən Liviya Parlamentinin vitse-spikeri Fouzi Salim Parlament Şəbəkəsində Fələstin Komitəsinin yaradılmasını təklif edib.

 

O qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi dövlətlərin daxili işlərinə müdaxilə etməmək prinsipi əsasında demokratiya, insan hüquqları istiqamətində də işləyəcək:

 

"Liviya illər ərzində müharibədən, terrordan əziyyət çəkib. Öhdəmizə düşən məsuliyyət odur ki, biz parlamentarilər səylərimizi gücləndirək, bu şəbəkə beynəlxalq platformada söz sahibi olsun, rol oynasın. Biz Liviya olaraq bu təşəbbüsü dəstəkləyirik. Əlavə olaraq təklif edirik ki, Parlament Şəbəkəsində Fələstinlə bağlı komitə yaradılsın. Bu Fələstin Komitəsi adlanmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi