Modern.az

Sabahdan Ukrayna konfransı başlayır

Sabahdan Ukrayna konfransı başlayır

3 İyul 2022, 09:36

Sabah İsveçrədə müharibədən sonra Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək.

 

Modern.az xəbər verir ki, konfransa 37 ölkənin, o cümlədən 14 beynəlxalq təşkilatın təmsilçisi qatılacaq.

 

Əvvəlcə Ukrayna təmsilçisi ölkənin yenidən qurulması üçün əsas planı açıqlayacaq. Daha sonra digər ölkələr bu plan əsasında öz təkliflərini verəcəklər.

 

Konfransda əsas məqsəd ən qısa zamanda Ukraynanın dağılmış infrastrukturunu bərpa etməkdir.

 

Tədbirə Polşanın və Litvanın baş nazirləri də qatılacaqlar.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI