Modern.az

Daha bir ölkənin lideri Kiyevə GƏLDİ 

Daha bir ölkənin lideri Kiyevə GƏLDİ 

Aktual

3 İyul 2022, 19:09

Madriddə keçirilən NATO sammitindən sonra Avstraliyanın baş naziri Entoni Albanes Kiyevə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Australian" nəşri məlumat yayıb.

 

O, Ukraynada mülki insanların kütləvi şəkildə qətlə yetirildiyi Buça, İrpin və Qostomelə səfər edib. Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə ilk dəfə görüşəcək.

 

Təhlükəsizlik məqsədilə Avstraliya baş nazirinin Ukraynaya gəlişi ilə bağlı məlumat əvvəlcədən açıqlanmayıb. Albanes Ukrayna xüsusi xidmət orqanlarının müşayiəti ilə Kiyevətrafı qəsəbələrə baş çəkib.

 

Kiyev Regional Dövlət Administrasiyasının sədri Aleksey Kuleba sosial mediada yazıb ki, Avstraliyanın baş naziri “şahidi olduğu dağıntılardan məəttəl qalıb”.

 

Albanes bildirib ki, Avstraliya Ukraynanı dəstəkləyir və “burada törədilən cinayətlərə görə ədalətli cəzanın verilməsinə tərəfdardır”.

 

Avstraliya Ukraynaya 198 milyon dollar dəyərində yardım paketi ayırıb və Kiyevə dörd M113AS4 zirehli transportyoru təhvil verib. Ümumilikdə 14 belə döyüş maşınının verilməsi planlaşdırılır.

 

Akif İsmayılov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?