Modern.az

ATƏT PA-da azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırıldı

ATƏT PA-da azərbaycanlı itkinlərlə bağlı məsələ qaldırıldı

6 İyul 2022, 13:30

"Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişədən sonra qalmaqda olan humanitar problemlər arasında taleyi hələ də məlum olmayan 4000-ə yaxın azərbaycanlının harada olması da var. Bu, kifayət qədər ciddi və diqqətdə saxlanılması vacib məsələdir". 

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Ağayeva İngiltərənin Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı deyib.

 

Deputat qeyd edib ki, münaqişədən sonrakı vəziyyətlərə xüsusi diqqət yetirməklə, davamlı sülhü inkişaf etdirmək üçün yanlış hərəkətlərin aradan qaldırılması və hesabatlılığın yaradılması zərurəti haqqında ətraflı məlumat vermək vacibdir:

 

"İrəliyə doğru yeganə yol beynəlxalq hüququn fundamental prinsipləri və ATƏT-in prinsip və öhdəlikləri əsasında regionda sülhün möhkəmləndirilməsidir. Hazırkı kritik məqamda biz parlamentarilər olaraq bu prosesi dəstəkləməli, həssas normallaşma prosesinə mane olan və regionda parçalanmaları dərinləşdirən hərəkətlərdən və bəyanatlardan çəkinməliyik. Bu kontekstdə mən deputat həmkarlarımı məruzəçinin təqdim etdiyi qətnamə layihəsini dəstəkləməyə çağırıram".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI