Modern.az

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı RƏQİBLƏRİ

“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı RƏQİBLƏRİ

Aktual

7 İyul 2022, 17:06

Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv B yolunun 6-cı qrupunda "Mostar" (Bosniya və Herseqovina), həmçinin, ilkin mərhələnin D və F qruplarının qalibi ilə görüşəcək.

 

Qrupdan elit-raunda yalnız ilk pillənin sahibi vəsiqə qazanacaq. Əsas mərhələnin oyunları 25 - 30 oktyabrda Bosniya və Herseqovinada keçiriləcək.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqası ilkin, əsas, elit və “Dördlər finalı” mərhələlərindən ibarət olacaq, mini-turnir şəklində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu