Modern.az

Saakaşvilinin vəkili: Sanki meyitdir...

Saakaşvilinin vəkili: “Sanki meyitdir...”

Aktual

10 İyul 2022, 09:00

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə danışıb.

 

Modern.az xəbər verir ki, vəkil Şalva Xaçapuridze eks-prezidentin vəziyyətini ölü ilə müqayisə edib.

 

O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb.

 

"Saakaşvili çox ağır vəziyyətdədir. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz", - deyə vəkil Xaçapuridze qeyd edib.

 

Vəkil, həmçinin Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini vurğulayıb: "Onun üçün xüsusi yer lazımdır ki, müalicə olunsun".

 

Hazırda Mixail Saakaşvili may ayından köçürüldüyü özəl klinikada müalicə olunur, amma onun səhhətində irəliləyiş yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Netanyahunun evini VURDU