Modern.az

Nurlan İbrahimovla bağlı qərar avqusta qaldı

Nurlan İbrahimovla bağlı qərar avqusta qaldı

Aktual

11 İyul 2022, 13:14

İdman Arbitraj Məhkəməsi “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun məhkəməsini növbəti dəfə təxirə salıb.

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Fərid Haqverdiyevməlumat yayıb.

Vəkil bildirib ki, məhkəmə avqustun 11-də baş tutacaq.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etik və İntizam Komitəsinin aldığı qərara əsasən, Ağdam klubunun rəsmisinin futbolla əlaqəli hər hansı fəaliyyətinə ömürlük qadağa qoyulub. Buna səbəb N. İbrahimovun Ermənistan tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə atılan ballistik raket zərbələri nəticəsində günahsız dinc əhali arasında uşaq və qadınların dünyasını dəyişməsi ilə bağlı təcavüzkar ölkəyə qarşı feysbukda yazdığı status olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər