Təmizliyə tam riayət olunsa da, uşaqlar infeksiyaya yoluxa, xəstələnə bilər.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov söyləyib.
“Təmizlik ifrat dərəcədə olmamalıdır. Hər şeyi strelizə etmək düzgün deyil. Mikrob olmazsa bədən özü ilə mübarizəyə başlayır. Əgər təmizliyə tam riayət olunursa və uşaq tez-tez xəstələnirsə uşağı araşdırmaq lazımdır. Həmin uşaqda immunitet çatışmazlığı ola bilər.
Uşaqda böyük, məktəbə gedən bacı və ya qardaş vars, uşaq bu zaman da tez-tez xəstələnə bilər. Məktəbə gedən uşaq xəstə olmasa belə çöldən infeksiya gətirə bilər”, - deyə həkim bildirib.