Modern.az

Bulvarda skuterlərin hərəkətinə qadağa qoyulub, amma...

Bulvarda skuterlərin hərəkətinə qadağa qoyulub, amma...

13 İyul 2022, 16:24

Bulvara istirahət etmək üçün gedən şəxslər sürətli skuter sürənlərdən narazıdırlar. Şəhər sakinləri istirahət üçün üz tutduqları ərazidə həyat və sağlamlıqları üçün təhlükə riskinin olduğunu bildirirlər.

 

Bəs, Dənizkənarı Bulvar İdarəsi insanların rahat gəzə bilmələrini təmin etmək üçün hansı addımları atacaq? Skuterlərin hərəkəti üçün xüsusi zolaqlar yaradıla bilərmi?

 

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva Modern.az-a açıqlama verib.

 

 

K.İmamverdiyeva bildirib ki, Dənizkənarı Parkın köhnə bulvar hissəsində insanların kütləviliyini nəzərə alaraq velosipedlərin və skuterlərin hərəkətinə qadağa qoyulub:

 

“Bu qadağa həmin ərazidə olan şəxslərin, xüsusilə də uşaqların və yaşlıların sağlamlığı üçün tətbiq olunub. Ərazidə bununla bağlı xüsusi işarə və nişanlar da yerləşdirilib. İdarənin mühafizə xidmətinin əməkdaşları həmin işarə və nişanlara əməl olunmasına nəzarət edirlər. Parkda skuterlərlə bağlı hadisə baş verdikdə isə əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları dəvət olunur".

 

"Milli Parkın köhnə bulvar ərazisində insanların kütləviliyini eləcə də burada müxtəlif obyektlərin, yeraltı keçidlərin olduğunu nəzərə alaraq velosiped və skuterlərin hərəkəti üçün xüsusi zolaqların ayrılması qeyri-mümkündür. Milli parkın Ağ şəhər və yeni bulvar ərazilərində velosiped və skuter sürənlər üçün xüsusi işarə və zoloqlar yerləşdirilib”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi