Modern.az

Bakılıların ən çox uçduğu şəhərlər - İstanbul, Moskva, Dubay, Tbilisi...

Bakılıların ən çox uçduğu şəhərlər - İstanbul, Moskva, Dubay, Tbilisi...

13 İyul 2022, 16:36

Bu ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 2 milyon nəfəri ötüb.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

 

Bu ilin iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilib ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınıb. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.

 

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirib. Bundan əlavə, qeyd edilən ayda “Salam Air” aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açıb.

 

İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi