“Qərb ölkələrindəki daxili siyasi mübarizə Ukraynaya silah tədarükünə təsir etməməlidir”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak öz “Twitter” hesabında yazıb.
“Qərb ölkələrində ənənəvi daxili siyasi mübarizə xeyirlə şər arasında davam edən fundamental mübarizəyə təsir etməməlidir. Xüsusilə, Ukraynaya silah tədarükü məsələsində”, - deyə Mixail Podolyak vurğulayıb.