Boeing Co” qlobal iqtisadi artımın aşağı düşməsi perspektivi və Rusiya bazarına yüksək təzyiqli reaktiv təyyarələrin tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən yaxın onilliklərdə kommersiya təyyarələrinə tələbat gözləntilərini yumşaldıb.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Şirkətin kommersiya bazarı üçün son uzunmüddətli proqnozu 2041-ci ilə qədər müştərilərə 41 170 yeni təyyarənin veriləcəyini göstərir.
Bir il əvvəl “Boeing” növbəti 20 il ərzində 43 610 təyyarə satacağını gözləyirdi. İstehsalçı həmçinin tam illik sərnişindaşımada artımı proqnozunu 4%-dən 3,8%-ə endirib.