Modern.az

Musiqi müəllimlərinin işə qəbulu üçün qeydiyyat başlayır

Musiqi müəllimlərinin işə qəbulu üçün qeydiyyat başlayır

18 İyul 2022, 13:56

Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.

 

DİM-dən Modern.az-a bildirilib ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında bu gün 17:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.

 

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola ve imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

 

//exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi