Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir.
Modern.az xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.
"Şuşada yaşayanlar üçün tibb xidmətlərinin göstərilməsində heç bir problem yoxdur. Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir. Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər", direktor deyib.