Modern.az

Ötən gün 98 yanğın hadisəsi olub

Ötən gün 98 yanğın hadisəsi olub

20 İyul 2022, 10:28

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 98 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 8 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin, Abşeron rayonunun Fatmayı kəndində, dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, dənizdə nəzarətsiz ərazidə batması ehtimal olunan 1 nəfərin axtarışına dalğıc-axtarış qrupu cəlb olunub.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi