Bu il 15,6 min pensiya, 144,1 min müavinət və təqaüd təyinatı proaktiv qaydada həyata keçirilib.
Modern.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov qurumun 6 aylıq yekunlarına həsr olunan hesabatı təqdim edərkən deyib.
K.Əkpərov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi 175 xidmətdən 110-u elektron, o cümlədən 46-sı proaktivdir: "30 arayış növü elektronlaşdırılıb. Bu ilin ilk 6 ayında Nazirliyin elektron xidmətlərinə 125 milyondan çox müraciət qeydə alınıb. İlin əvvəlindən ölkənin vahid sosial reyestri olan e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət daxil olub".
Mərkəz rəhbəri vurğulayıb ki, bu ilin yanvar-iyun aylarında nazirliyin fəaliyyət sahələri üzrə 314 683 elektron arayış verilib: "Zəfər" altsisteminə 200 minədək müharibə veteranına dair məlumatlar daxil edilib. Təyinatlar barədə məlumat şəxslərin e-sosial portalındakı şəxsi kabinetlərində yerləşdirilib".