İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq.
Modern.az xəbər verir ki, bu sözləri DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov qurumun 6 aylıq yekunlarına həsr olunan mətbuat konfransında deyib.
K.Əkpərov qeyd edib ki, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq: "İl ərzində yeni proaktiv xidmət növlərinin də istifadəyə verilməsi gündəlikdə yer alan məsələlər siyahısındadır".