Modern.az

Rəhman Əlizadə vəfat etdi

Rəhman Əlizadə vəfat etdi

16 Mart 2013, 15:42


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru əməkdar incəsənət xadimi, Rəhman Əlizadə bir neçə dəqiqə bundan öncə dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, mərhum bu gün həkimlərin məsləhəti ilə müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılmışdı. Sənətkarın ağ ciyərlərinin tamamilə sıradan çıxması onun digər daxili orqanlarının da fəaliyyətində də ciddi problemlər yaratdığından sağalma ehtimalı yox idi.  O, son anlarını evində huşsuz halda süni nəfəs aparatına qoşulu vəziyyətdə yaşayıb.

Allah rəhmət eləsin!

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi