Modern.az

Daxmada yaşayan veterana ev verilməyəcək - RƏSMİ

Daxmada yaşayan veterana ev verilməyəcək - RƏSMİ

Aktual

26 İyul 2022, 18:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən Müharibəsi qazisi Məlik Məlikovun daxmada yaşaması ilə bağlı görüntülərə münasibət bildirib.

 

Nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Modern.az-a açıqlamasında deyib ki, şəhidlərimizin ailə üzvləri və müharibə əlilləri mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda qanunvericiliyə uyğun olaraq, Agentlik tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər.

 

"Sosial şəbəkələrdə haqqında məlumat yayılan Vətən Müharibəsi iştirakçısı Məlik Məlikov qeyd olunan kateqoriyaya aid olmadığından, yəni müharibə əlili deyil, müharibə veteranı olduğu üçün onun mənzil, ya fərdi evlə təminatı Agentliyin səhahiyyətləri xaricindədir.

 

Əlavə olaraq qeyd etmək istəyirəm ki, Məlik Məlikov müharibə veteranı olduğu üçün Nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilir", - rəsmi açıqlamada bildirilib.

 

Xatırladaq ki, qazi Məlik Məlikovun yaşadığı evin fotolarının ictimailəşdirilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi