Modern.az

Bakıda mebel sexində yanğın

Bakıda mebel sexində yanğın

Aktual

27 İyul 2022, 09:38

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3000 m² (hər mərtəbəsi 1500 m²) olan ikimərtəbəli mebel sexinin 2-ci mərtəbəsində taxta yonqarı və tullantıları 40 m² sahədə yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, sexin qalan hissəsi və 6 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi