Azərbaycanda 51 bağça müdiri vəzifəsindən azad olunub.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, bağça müdirlərinin işə qəbulunda şəffaflığın təmin edilməsinə çalışırlar.
"Tərbiyəçilərin peşəkarlığı ilə bağlı addımlar atılır. Bağçalar uşaq saxlanılan yer deyil, təhsil müəssisəsidir", - E.Əmrullayev vurğulayıb.