Modern.az

Magistraturaya qeydiyyat başa çatdı

Magistraturaya qeydiyyat başa çatdı

28 İyul 2022, 11:12

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qaydada qeydiyyatı başa çatıb.

 

Modern.az-a xəbər verir ki, plan yerlərinə uyğun olaraq, 22 ixtisas, 57 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edilib.

 

Əvvəlki illərlə müqayisədə bu il yeni ixtisaslar da əlavə olunub. Artıq AMEA-nın magistratura səviyyəsinə 150 nəfər bakalavr qeydiyyatdan keçərək təsdiqlənib.

 

Ümumilikdə, AMEA-da 2022/2023-cü tədris ilində 260-a yaxın magistrant təhsil alacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?