Afrikadan sonra Avropa və Cənubi Amerikada meymunçiçəyindən ilk ölüm qeydə alınıb.
Modern.az xəbər verir ki, İspaniya və Braziliyada meymunçiçəyinə yoluxan iki nəfər ölümə təslim olub.
Braziliyada xəstəlikdən ilk ölüm halının qeydə alınması ABŞ-da Nyu-York meriyasını hərəkətə gətirib. Ştatda fövqəladə vəziyyət elan edilib.
Ümumiyyətlə, hazırda dünyada meymunçiçəyinə yoluxanların sayı 21 min 148 nəfərdir.