Modern.az

Ali din xadimi qəzada öldü 

Ali din xadimi qəzada öldü 

31 İyul 2022, 09:50

Gürcüstanın ortodoks kilsəsinin ali dini nümayəndələrindən ibarət Sinodun üzvü, Kaspi və Samtavisi Yeparxiyasının baş yepiskoposu Damiane yol qəzasında həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın baş Patriarxlığından bildirilib.

 

Məlumata əsasən, hadisə nəticəsində avtomobildə olan digər şəxslər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

 

Hadisə ilə əlaqədar baş nazir İrakli Qaribaşvili yepiskoposun ailəsinə və Gürcüstan baş Patriarxlığına başsağlığı verib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI