Modern.az

Bakıda 16 yaşlı gənc itkin düşdü

Bakıda 16 yaşlı gənc itkin düşdü

Aktual

1 Avqust 2022, 09:11

Paytaxt Bakıda 16 yaşlı gənc itkin düşüb.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

 

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Habil oğlu iyulun 28-də saat 20:00 radələrində yaşadığı mənzildən çıxıb və bir daha geri qayıtmayıb.

 

Hadisə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu