Modern.az

Kimlər himayədar ailə ola biləcək? - ƏSAS ŞƏRTLƏR

Kimlər himayədar ailə ola biləcək? - ƏSAS ŞƏRTLƏR

Aktual

3 Avqust 2022, 17:52

Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanının icrası işləri çərçivəsində "Himayədar ailə" qayğı modelinin tətbiqinə başlanıb. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi məlumat paylaşıb. 

 

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan vətəndaşları himayədar ailə ola biləcəklər. Bunun üçün yaşı ən az 25 olan ailə üzvləri, nikahda olmayanlar üçünsə 30 yaşı olan şəxslər müraciət edə bilərlər. 

 

Himayədar ailə olmaq istəyən şəxslərin övladlığa götürməyə imkan verməyən xəstəlikləri olmamalıdır.  

 

Xatırladaq ki, himayədar ailə institutu uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olmaqla, dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasını nəzərdə tutur.

 

Dövlət başçısının qeyd edilən Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci il noyabrın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI