Modern.az

Partlayışda yaralanan 1 nəfər evə buraxılıb

Partlayışda yaralanan 1 nəfər evə buraxılıb

Aktual

4 Avqust 2022, 12:05

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən binada partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, iki nəfərin baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzində müalicəsi davam etdirilir. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

 

Qeyd edək ki, dünən Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində partlayış baş verib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi