Modern.az

Naftalanda din xadimləri ilə görüş keçirilib

Naftalanda din xadimləri ilə görüş keçirilib

Aktual

4 Avqust 2022, 14:54

Naftalan Şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin məsul əməkdaşları ilə birgə Naftalan şəhər məscidində din xadimləri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin sektor müdiri-Dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, şəhər məscidi dini icmasının imamı Rəşad Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd olunub ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır. Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.

 

Həmçinin məscidin həyətinə baxış keçirilib, səliqə-səhman işlərinə nəzər salınıb,  mövcud şəraitlə yaxından tanış olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?