Modern.az

MSK-da struktur dəyişikliyi - YENİLƏNİB

MSK-da struktur dəyişikliyi - YENİLƏNİB

4 Avqust 2022, 16:10

Mərkəzi Seçki Komissiyasının (MSK) strukturunda dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında məsələ müzakirə olunub.

 

Dəyişiklik haqqında məlumat verən MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, komissiya respublikada gedən dəyişiklikləri öyrənərək katibliyin strukturunda müəyyən dəyişikliyə gedir:

 

“MSK artıq 35 minə yaxın dairə seçki komissiyası üzvlərinin və digər əməkdaşların sənədləşmə işləri ilə məşğul olur. Son illərdə respublikamızda əmək münasibətləri ilə bağlı bir sıra islahatlar aparılıb. Yeni bir struktur vahidinə ehtiyac yaranıb. MSK-nın Ümumi şöbəsinin tərkibində yeni - İnsan resursları sektoru yaradılması məqsədəuyğun olardı. Həmçinin, Media və ictimai əlaqələr şöbəsinin adının dəyişdirilərək Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilib. Bundan əlavə siyasi partiyalarla və ictimai təsisatlarla iş şöbəsi yaradılıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI