Modern.az

“Seçicilərin razılığı vacibdir, yoxsa ciddi gərginlik yaranar” – MSK sədri

“Seçicilərin razılığı vacibdir, yoxsa ciddi gərginlik yaranar” – MSK sədri

4 Avqust 2022, 16:55

"Dairə seçki komissiyalarının sərhədlərini dəyişəndə bəzi problemlər meydana çıxır".

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov bildirib.

 

O qeyd edib ki, mümkün qədər tez zamanda dairə seçki komissiyalarının sərhədinin dəyişməsinə çalışılır:

 

"Bəzi dairə seçki komissiyalarının sərhədlərini dəyişməyə məcburuq. Yerlərdə gərginlik yaranmamasına çalışmalıyıq. Seçicilərin razılığı və rahat olması vacibdir. Çünki başqa mənzərə yarana, ciddi gərginliyə səbəb ola bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI