Bu gecə Quba rayonunda yanğın olub. Modern.az-ın verdiyi məlumata görə, Quba rayonu, Zərdabi qəsəbəsində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 3 otaqlı evin konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət alan yoxdur.
Elçin AĞAYEV