Əlillik təyinatından narazı qalan Vətən Müharibəsi qazilərinin müraciətlərinə yeni meyarlarla baxılır.
Bu barədə Modern.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanov məlumat verib.
"Bildiyiniz kimi, iyulun birindən artıq yeni meyarlar qüvvəyə minib. Hazırda əlilliklə bağlı müraciət edənlərin hər birinin sağlamlıq vəziyyəti yeni meyarlarla qiymətləndirilir. Belə ki, tibb müəssisələri tərəfindən yeni forma 88 nazirliyin əlillik alt sisteminə daxil olduqca baxılır və yeni meyarlara uyğun qiymətləndirilmə aparılır", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina cavabı alan qazilərin əlillik təyinatına yenidən baxılması üçün İşçi Qrup yaradıb.