Modern.az

Bu matç təhlükəsizliyə görə ləğv olundu

Bu matç təhlükəsizliyə görə ləğv olundu

6 Avqust 2022, 16:11

Avqustun 7-də “Atletiko” klubu ilə “Yuventus” arasında İsrailin Tel-Əviv şəhərində keçirilməsi nəzərdə tutulan yoxlama oyunu ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, belə qərarın qəbul olunmasına səbəb Qəzza zolağındakı vəziyyətin gərginliyidir. Komandalar təhlükəsizlik üçün yoxlama görüşü keçirməmək qərarına gəliblər.

 

“Atletiko” da öz növbəsində oyun üçün başqa rəqib axtaracaq və bu matçın İsraildə baş tutub-tutmayacağı məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi